EN

İran yenə silkələndi

İranın Kirman əyalətində 5 bal gücündə zəlzələnin meydana gəldiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, əyalətin Berdsir rayonunda yeraltı təkanlar qeydə alınıb.

Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələnin 8 kilometr dərinlikdə və 5 bal gücündə olduğunu açıqlayıb.

Ölkənin cənubunda yerləşən bölgədə saat 11:17-də baş verdiyi bildirilən zəlzələ ilə bağlı hələlik can və ya mal itkisi barədə məlumat paylaşılmayıb.

Xatırladaq ki, mayın 12-də də Tehran ilə Mazandaran əyaləti sərhədində 4,6 bal gücündə zəlzələ meydana gəlmişdi.

Chosen
25
1
cebheinfo.az

2Sources