EN

“Orlando” baş məşqçisini qovdu

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Orlando” baş məşqçi Camal Moslinin qovulduğunu elan edib. 47 yaşlı amerikalı son beş ildə bu klubda çalışıb, komandanı son üç mövsümün hər birində pley-offa çıxarıb. Ancaq “Mecik” bu mövsümlərin heç birində 1-ci mərhələdən irəli gedə bilməyib. Cari mövsümdəki məğlubiyyət daha acınacaqlı olub. Belə ki, “Orlando” “Detroyt”la seriyanın ilk 4 oyunundan sonra 3:1 öndə olsa da, sonda qələbəni əldən verib – 3:4. Moslinin ümumi balansı belədi – 189 qələbə, 221 məğlubiyyət.Konfrans yarımfinallarından birinin nəticəsi diqqəti cəlb etdi. “Minnesota” seriyanın 2-ci oyununda “San-Antonio”ya 95:133 hesabıyla uduzdu. Bu, “Minnesota”nın tarixində pley-off oyunlarında aldığı ən ağır məğlubiyyətdi. Əvvəlki antirekord 2003-cü ilin aprelində qeydə alınmışdı. Onda “Minnesota” “Leykers”ə 30 xal fərqi ilə uduzmuşdu.konfrans yarımfinalları5 may Nyu-York – Filadelfiya 76 137:98 (33:25, 41:26, 35:27, 28:20)Seriyada hesab – 1:0.San-Antonio – Minnesota 102:104 (23:24, 22:21, 27:24, 30:35)Seriyada hesab – 0:1.6 mayDetroyt – Klivlend 111:101 (37:21, 22:25, 24:30, 28:25)Seriyada hesab – 1:0.Oklahoma-Siti – Leykers 108:90 (31:26, 30:27, 23:19, 24:18)Seriyada hesab – 1:0.7 mayNyu-York – Filadelfiya 76 108:102 (31:33, 30:29, 28:28, 19:12)Seriyada hesab – 2:0.San-Antonio – Minnesota 133:95 (24:17, 35:18, 39:28, 35:32)Seriyada hesab – 1:1.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

2Sources