Son dövrlərdə gec yatmaq vərdişinin insan davranışlarına təsiri ilə bağlı müzakirələr artıb. Mütəxəssislər bildirirlər ki, uzun müddət gec saatlara qədər oyaq qalmaq təkcə fiziki yorğunluq yaratmır, eyni zamanda insanın xarakterinə və gündəlik davranışlarına da təsir edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, yuxu rejimi pozulan insanlarda əsəbilik, səbirsizlik və emosional gərginlik daha çox müşahidə olunur. Xüsusilə gecə saatlarında telefon və sosial media istifadəsi beynin istirahət rejiminə keçməsinə mane olur. Bu isə gün ərzində diqqət dağınıqlığı, stress və aqressiv reaksiyalarla nəticələnə bilər.
Araşdırmalarda qeyd olunur ki, davamlı olaraq az yatmaq insanların ünsiyyətinə də təsir edir. Yorğunluq səbəbindən insanlar daha tez inciyir, qərar verməkdə çətinlik çəkir və ətrafdakılara qarşı daha soyuq davrana bilirlər. Bəzi hallarda isə yuxusuzluq motivasiya azalmasına və gün ərzində enerjisiz hiss etməyə səbəb olur.
MütÉ™xÉ™ssislÉ™r hesab edir ki, düzgün yuxu rejimi hÉ™m psixoloji vÉ™ziyyÉ™t, hÉ™m dÉ™ sosial münasibÉ™tlÉ™r üçün vacib rol oynayır. Buna görÉ™ dÉ™ gec yatmağın sadÉ™cÉ™ bir vÉ™rdiÅŸ deyil, hÉ™yat keyfiyyÉ™tinÉ™ tÉ™sir edÉ™n ciddi faktor olduÄŸu vurÄŸulanır. SaÄŸlam hÉ™yat tÉ™rzi üçün vaxtında yatmaq vÉ™ keyfiyyÉ™tli yuxu almaq É™sas tövsiyÉ™lÉ™r arasında göstÉ™rilir.Â
Aynur BabazadÉ™