EN

“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək

Bakı, 14 may, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunda prezidentliyə və direktorlar şurasına seçkilər keçiriləcək.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, seçki prosesi bu gündən başlayıb. Namizədliklərin təqdim edilməsi üçün son tarix 23 maydır. Birdən çox namizəd olarsa, seçki komissiyası səsvermənin tarixini və yerini açıqlayacaq.

Qeyd edək ki, hazırda “Real Madrid”in prezidenti Florentina Peresdir. 79 yaşlı funksioner 2009-cu ildən kluba rəhbərlik edir. O, daha əvvəl 2000-ci ildən 2006-cı ilə qədər də Madrid təmsilçisinin prezidenti vəzifəsində çalışıb.

Chosen
26
1
azertag.az

2Sources