EN

Ana və iki övladı məktəbə silahlı basqın etdilər - Yaralılar var

Fransada ana və iki övladı silahlanaraq təhsil müəssisəsinə daxil olub məktəblilərə xəsarət yetiriblər.

Moderator.az xəbər verir ki, insident barədə məlumatı "Le Figaro" nəşri yayıb.

Yerli mətbuatın yazdığına əsasən, münaqişə məktəb nəzarətçisi və üçüncü sinif şagirdi arasında yaranmış anlaşılmazlıqdan sonra başlayıb. Məktəbli dərhal ailəsi ilə əlaqə saxlayıb və az sonra onun yaxınları silahlı şəkildə təhsil ocağına gəliblər. Hadisə şahidləri bildirirlər ki, qadın övladlarını sakitləşdirmək əvəzinə, oğlunu daha da aqressiv hərəkətlərə yönəldib.

Onlar təhsil müəssisəsinin həyətində nəzarətçiyə və iki məktəbli qıza zor tətbiq ediblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi saxlayıblar. İndi onlar qabaqcadan əlbir olan qrup şəklində silahlı basqın və zorakılıq törətməkdə təqsirləndirilirlər.

Tuluza Şəhər Prokurorluğu baş vermiş hücum faktı üzrə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işinin başlandığını bəyan edib. Polis əməkdaşları saxlanılan şəxslərin maşınına baxış keçirərkən oradan müxtəlif silahlar - bıçaqlar, ət baltası, gözyaşardıcı qaz spreyi və oyuncaq tapança aşkar ediblər.

Zərərçəkənlərin xəsarətləri yüngül olsa da, rəsmi qurumlar hadisənin ağır psixoloji təsirlər yaratdığını qeyd edirlər. Günün ikinci yarısında bütün məktəblilər evə buraxılıb. Tuluza Təhsil İdarəsindən verilən məlumata görə, həm şagirdlərin, həm də müəllim heyətinin təhlükəsizliyinin qorunması məqsədilə aidiyyəti xidmətlər hərəkətə keçirilib. Təhsil müəssisəsində xüsusi psixoloji yardım mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Chosen
6
2
moderator.az

3Sources