İstanbulda məktəbə gedən uşaqları izlədiyi iddia olunan şəxs sakinlərin hücumuna məruz qalıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Esenyurtda küçələrin birində baş verib. İddiaya görə, məktəbə gedən uşaqları izləyən bir kişini görən sakinlər buna sərt reaksiya veriblər. Qısa müddətdə gərginləşən vəziyyət küçə davasına çevrilib.
Ətrafdakı şəxslər tərəfindən təpik və yumruqlarla döyülən şübhəlinin burnundan və ağzından qan axdığı bildirilib. Görüntülərdə kişinin yerə yıxılmasına baxmayaraq, bəzi şəxslərin hücumu davam etdirdiyi əks olunub.
Hadisə ərazidə olan şəxslərdən biri tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə izdihamın şəxsə hücum etməsi, ətrafdakılərin qışqırıqları və yaşanan gərgin anlar yer alıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Musavat.com