EN

Gələn həftə Bakıda Avropa İttifaqı - Azərbaycan Təhlükəsizlik Dialoqunun 7-ci iclası keçiriləcək

BAKI, 14 may. TELEQRAF

Gələn həftə Bakıda Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 7-ci iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir ikitərəfli əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyini bildirib:

"Münasibətlərimiz dərinləşməyə davam edir. Bu il biz artıq Brüsseldən bir neçə yüksək səviyyəli qonaq, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı, Enerji və Mənzil məsələləri üzrə Komissar Dan Yorgenseni və ən son olaraq, İttifaqın Ali Nümayəndəsi Kaja Kallası qəbul etdik".

M.Kuyunçiç əməkdaşlığın gələcək addımlarına toxunaraq növbəti həftə mühüm görüşlərin baş tutacağını diqqətə çatdırıb:

"Amma biz nailiyyətlərimizlə kifayətlənə bilmərik. Gələn həftə tərəfdaşlığımızda daha bir mühüm mərhələ qeyd olunacaq: Bakı 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna ev sahibliyi edəcək və Aİ nümayəndələri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcəklər".

Chosen
44
1
teleqraf.com

2Sources