EN

Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər

İran millisinin 2026-cı il dünya çempionatında iştirakı təhlükə altına düşüb.

QOL.az xəbər verir ki, “RMC Sport” nəşrinin məlumatına görə, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac yığma üzvlərinin hələ də ABŞ vizası ala bilməməsindən narahatdır.

Bildirilir ki, Yaxın Şərqdə artan geosiyasi gərginlik və Tehranla Vaşinqton arasında 1980-ci ildən bəri diplomatik əlaqələrin olmaması prosesi daha da çətinləşdirir.

Qurum rəhbəri yaxın günlərdə FİFA ilə həlledici görüş keçiriləcəyini və danışıqlarda viza məsələsinin həlli üçün zəmanət tələb olunacağını açıqlayıb. FİFA prezidenti Canni İnfantinonun İran millisinin ABŞ-dakı oyunlarının plan üzrə keçiriləcəyinə dair vədlərinə baxmayaraq sənədləşmə prosesində hələlik ciddi irəliləyiş yoxdur.

Qeyd edək ki, komandanın mayın 18-də Türkiyənin paytaxtı Ankaraya yollanaraq barmaq izi prosedurundan keçməsi və təlim-məşq toplanışına başlaması gözlənilir. Proses uzanarsa, İran millisinin mundialda iştirakı sual altına düşə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
1
qol.az

2Sources