EN

İtdən qorxan qız yola qaçdı; maşın vurdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Məktəbli qızı avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə baş verən hadisə kameraya düşüb. Belə ki, sahibi tərəfindən xaltasız və ağızlıqsız gəzdirilən kiçik cins it qəfildən məktəbli qıza tərəf qaçmağa başlayıb. Heyvandan qorxan qız qaçaraq canını qurtarmaq istəyərkən diqqətsizlikdən yolun hərəkət hissəsinə çıxıb və ərazidən keçən avtomobil onu vurub.

Qəza nəticəsində məktəbli qız yüngül xəsarətlər alıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
avtosfer.az

1Sources