Həkimlər bildirir ki, 50 yaşdan sonra xüsusilə qadınlarda sümük kütləsi azalır və osteoporoz riski artır.
Day.Az xəbər verir ki, bunun qarşısını almaq üçün gündəlik qidalanmada kalsium və D vitamini ilə zəngin məhsullara üstünlük verilməlidir.
Mütəxəssislər süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, balıq, yumurta və soya məhsullarının sümüklər üçün faydalı olduğunu deyir. D vitamini isə kalsiumun mənimsənilməsinə kömək edir.
Həkimlər həmçinin fiziki aktivliyi artırmağı, kifayət qədər zülal qəbul etməyi, alkoqolu məhdudlaşdırmağı və mütəmadi tibbi müayinədən keçməyi tövsiyə edir.