Həkimlərin sözlərinə görə, ayaq və topuqlarda şişkinlik qan dövranı problemləri, uzun müddət oturmaq və ya ayaqüstə qalmaq, hamiləlik, artıq çəki və həddindən artıq duz istifadəsi ilə bağlı ola bilər.
Day.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, orqanizmdə maye toplanması ödem yaradır. Travmalar, menstruasiya dövrü və böyrək problemləri də ayaqlarda şişkinliyə səbəb ola bilər.
Həkimlər ayaqları yuxarıda saxlamağı, kompression corablardan istifadə etməyi, duz qəbulunu azaltmağı və daha çox hərəkət etməyi tövsiyə edir. Uzunmüddətli və ağrılı şişkinlik zamanı isə mütləq həkimə müraciət etmək lazımdır.