EN

“Latsio”nun baş məşqçisi “Atalanta”da Palladinonu əvəz edə bilər

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Atalanta” klubunun idarə heyəti, hazırkı baş məşqçi Raffaele Palladino işdən çıxarılacağı təqdirdə, 67 yaşlı “Latsio”nun məşqçisi Mauritsio Sarrini onun yerinə əsas namizəd kimi görür.

İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Nikolo Şira sosial mediada məlumat verib.

Mediada yayılan məlumatlara görə, Sarrinin “Latsio” rəhbərliyi ilə münasibətləri qırılma nöqtəsinə çatıb və bu, italiyalı məşqçinin mövsümün sonunda klubdan ayrılmasına səbəb ola bilər. Sarri 2025-ci ilin yayında “Latsio”da məşqçi vəzifəsinə təyin olunub və o vaxtdan bəri 41 oyun keçirib, 16 qələbə, 13 heç-heçə və 12 məğlubiyyət qeydə alıb. Roma klubunun idarə heyəti Sarrinin çıxışından narazıdır, çünki komanda növbəti mövsüm Avropa Liqasına vəsiqə qazana bilməyib.

Sarrinin “Latsio” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir, lakin onun planlaşdırılandan daha tez vəzifəsindən ayrılma ehtimalı var.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
icma.az

1Sources