EN

Manna sıyığının düşündüyünüz qədər faydalı olmadığı ortaya çıxıb

Mütəxəssislər bildirir ki, manna yarması əslində buğdanın qabığından təmizlənmiş iri üyüdülmüş formasıdır və faydalı maddələri tam taxıldan daha azdır. Buna görə də sovet dövründə düşünüldüyü qədər sağlam qida hesab edilmir.

Day.Az xəbər verir ki, dietoloq Oksana Meloyanın sözlərinə görə, manna sıyığı sürətli enerji versə də, yüksək qlisemik indeksə malikdir və tez acdırır. Tərkibindəki fitin turşusu isə kalsium, dəmir və D vitamininin mənimsənilməsini azalda bilər.

Həkim xüsusilə 1 yaşdan kiçik uşaqlara manna sıyığının tez-tez verilməsini məsləhət görmür. Mütəxəssislər bu qidanın həftədə ən çox 1-2 dəfə qəbul edilməsini tövsiyə edir.

Chosen
54
day.az

1Sources