BAKI, 15 may. TELEQRAF
İranın Belarusdakı səfiri Əlirza Sanei ABŞ və İsraili diplomatiya və danışıqlara xəyanətdə ittiham edib.
Teleqraf xəbər verir ki, iranlı diplomat bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Əlirza Sanei bildirib ki, Tehran danışıqlara və diplomatik həll yoluna inanır, lakin qarşı tərəf yalnız öz maraqlarını diktə etməyə çalışırsa, bunu artıq “danışıq” adlandırmaq olmaz.
“Biz danışıqlardan qaçmırıq. Amma qarşı tərəf hər şeyi yalnız öz xeyrinə istəyirsə və faktiki olaraq sizin təslim olmağınızı tələb edirsə, bu artıq danışıqlar deyil”, - diplomat vurğulayıb.
Səfir qeyd edib ki, fevral ayında keçirilən müzakirələr zamanı İran nüvə proqramı ilə bağlı çox yaxşı təkliflər irəli sürüb.
Əlirza Saneinin sözlərinə görə, ABŞ və İsrail həmin prosesdə diplomatiyaya xəyanət edib və buna görə Tehran Vaşinqtonla Təl-Əvivə etibar etmir.