EN

Ukrayna PUA ları Ryazana hücum etdi: Ölənlər və yaralananlar var

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Ryazan vilayətinə hücum edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

Hücum nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Yaralananlar arasında uşaqlar da var.

P.Malkov bildirib ki, zərərçəkənlərin hamısına оператив şəkildə tibbi yardım göstərilib. Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.

PUA qalıqlarının sənaye müəssisələrindən birinin ərazisinə düşdüyü də qeyd olunub. Hazırda hadisə yerində dağıntıların aradan qaldırılması və zədələnmiş konstruksiyaların sökülməsi işləri davam etdirilir.

Yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini təşkil edib. Müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb, hadisə yerində operativ xidmət əməkdaşları fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
7
bakivaxti.az

9Sources