EN

Köçəryan: "Qarabağın 3 "prezidenti" Bakıda həbsdədir, dördüncüsü İrəvanda..."

Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Baş nazir Nikol Paşinyanın son çıxışına münasibət bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, o,  seçicilərə görüşdə bu barədə danışıb.

"Bu gün Paşinyan dedi ki, mən həbsxanaya getməliyəm. Dağlıq Qarabağın dörd prezidenti olub. Üçü Bakı həbsxanasındadır. Görünür,  Bakıdan deyiblər ki, dördüncüsü (özünü nəzərdə tutur-red.) İrəvan həbsxanasında olsun", - deyə o qeyd edib.

"Biz buna icazə verməyəcəyik", - deyə auditoriyadan kimsə qışqırdı.

Qarabağdan könüllü getmiş ermənilərdən danışan Köçəryan qayıtmaq məsələsinin  "mürəkkəbliyini və həssaslığını" etiraf edib.

"Qayıtmaq hüququ ayrılmaz hüquqdur; söhbət müharibədən getmir, amma hakimiyyət münaqişəni nəzərə alaraq bunu müzakirə etmək istəmir", - deyə Köçəryan qeyd edib.

O əlavə edib ki, hakimiyyət Azərbaycanı narazı sala biləcək hər şeyi "münaqişəyə meyilli" hesab edir. O bildirib ki, danışıqlar prosesi mürəkkəbdir:

"Lakin ondan imtina etmək böyük səhv olardı".

Xəzər

"Cebheinfo.az"

Chosen
8
1
cebheinfo.az

2Sources