EN

ABŞ Çin münasibətlərində “İran kartı“: Kim kimə güzəştə gedəcək?

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünyada qlobal səviyyədə baş verən proseslərin bir çoxunda Rusiyanın ciddi təsir imkanları yoxdur. Bu proseslərdə daha çox Çinin rolunu görmək mümkündür".

Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

O bildirib ki, Yaxın Şərqdə baş verən proseslərdə Çinin rolu görünür:

"İrana dəstək, siyasi, diplomatik, silah və kəşfiyyat məlumatlarının verilməsi, həmçinin Rusiya-Ukrayna müharibəsində rəsmi Moskvaya Çin tərəfindən dəstək göstərilir. Eyni zamanda, Çin İranın sanksiya altında olan mallarının ixracına da şərait yaradır. Bunu özləri ucuz qiymətə məhsulları almaq məqsədilə etsələr də, sanksiyalardan yayınmaq üçün İrana şərait yaradırlar. Bu, əslində, Çinlə ABŞ arasında olan tək problemli məsələ deyil. Çin Tayvana öz ərazi bütövlüyü prizmasından yanaşır. Amma ABŞ hələ də Tayvan üzərində nəzarətdən əl çəkmək niyyətində deyil, Tayvanın Çinin nəzarətinə keçməsinə razılıq vermək istəmir. Bütün bu və digər məsələlər Pekində müzakirə olunur. Düşünürəm ki, bu məsələlərin ən əsası Yaxın Şərq mövzusudur".

Ekspert bildirib ki, Tramp burada İran məsələsini də müzakirə edib:

"Tramp İran kartı əlində olmadan Çinə getməyə məcbur qaldı. Çində aparılan müzakirə mövzularından biri də, təbii ki, İran məsələsi olacaq. Amma İranla bağlı Çinlə ABŞ arasında razılığın əldə olunacağı məsələsinə gəldikdə isə, mən buna o qədər də nikbin yanaşmıram. Bu məsələdə İranın da Çinə müəyyən mesajlar verdiyi görünür. Çin hətta belə imkanlara sahib olsa belə, o imkanlardan maksimum dərəcədə istifadə edib prosesi uzatmağa çalışacaq. Digər tərəfdən, biz bilirik ki, İran üçün taleyüklü məsələ nüvə məsələsidir. Düşünürəm ki, İran artıq bunu reallaşdırıb. Ola bilər ki, bəzi məsələlərdə güzəştə getməsi üçün İrana təsir etmək məqsədilə Çin müəyyən kartlardan istifadə etsin. Onu da qeyd edək ki, bundan əvvəl İran xarici işlər nazirinin Çinə səfər etməsi, orada Donald Trampın səfərindən əvvəl bir sıra məsələlərin müzakirə olunması təsadüfi deyildi. Həmçinin Trampın "Lazım gələrsə, Rusiyaya da səfər edəcəyəm" fikri də təsadüfi hesab oluna bilməz. Bu, Çinə mesaj idi. Tramp demək istəyirdi ki, əgər sizinlə razılıq əldə edə bilməsək, Rusiya ilə razılığa gələ bilərik. Hər bir halda ABŞ-Çin münasibətləri baxımından bu səfər çox əhəmiyyətlidir. Bu görüş dünyanın bölüşdürülməsi, yeni dünya düzəninin formalaşması istiqamətində ciddi dəyişikliklərə səbəb ola biləcək imkanlar yarada bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
moderator.az

2Sources