EN

Mbappe zədəli halda İtaliyaya səyahətini izah edib

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Real Madrid”in hücumçusu Kilian Mbappe zədəsini sağaldarkən İtaliyaya səfəri barədə şərh verib.

İdman.Biz-in xəbərinə görə, mediada daha əvvəl fransız futbolçunun həmin vaxt aktrisa Ester Ekspozito ilə İtaliyada dincəldiyi bildirilirdi. Qeyd olunurdu ki, “Real Madrid”in heç də bütün oyunçuları hücumçunun davranışına müsbət yanaşmayıb.

“Klubun icazəsi var idi və İspaniyanı tərk edən tək oyunçu mən deyildim”, - Mbappe “Ovyedo” ilə oyundan sonra deyib.

27 yaşlı hücumçu aprel ayından bəri əzələ zədəsindən sağalır. Bu mövsüm Mbappe bütün yarışlarda 42 oyun keçirib, 41 qol vurub və yeddi məhsuldar ötürmə edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
50
icma.az

10Sources