EN

ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi

Federal Təhqiqat Bürosu (FTB) İrana sığınan ABŞ kəşfiyyatının keçmiş əməkdaşının tapılması üçün 200 min dollar məbləğində mükafat təyin edib.

Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, söhbət 2013-cü ildə İrana qaçan və ABŞ tərəfindən casusluqda ittiham olunan keçmiş hərbi kəşfiyyat mütəxəssisi Monika Vittdən gedir.

Monika Vitt ABŞ-ın milli müdafiə məlumatlarını İrana ötürməkdə və keçmiş həmkarlarını hədəf alan kiber-əməliyyatlarda İran kəşfiyyatına kömək etməkdə günahlandırılır.

Chosen
45
publika.az

1Sources