EN

WUF13 də metronun iş qrafiki dəyişdirilir

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

WUF13 günlərində metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Lent.az-a "Bakı Metropoliteni"ndən xəbər verilib.

Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.

Tədbir günlərində sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.

Mayın 17-də qatarlar şənbə qrafiki ilə hərəkət edəcək: “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə olacaq.

Sessiyanın digər günlərində isə metro ən sıx iş günü rejimində fəaliyyət göstərəcək:

“28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik olduğu kimi qalacaq. Sərnişin sıxlığının operativ tənzimlənməsi üçün ehtiyat qatarlar da hazır saxlanılacaq.

WUF13 günlərində, həmçinin Bakı metropoliteninin 9 stansiyasında 56 könüllü sərnişinlərə və tədbir iştirakçılarına dəstək olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
41
lent.az

10Sources