BAKI, 15 may. TELEQRAF
Şəhərlərin inkişafına yalnız fiziki infrastrukturun qurulması prizmasında yanaşmaq mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib.
O qeyd edib ki, hazırda dünya əhalisin yarısından çoxu şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə davam edir:
“BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhlisinin 70%-i şəhərlərdə yaşayacaq. Bu proses iqtisadi artım, innovasiya və sosial inkişaf üçün mühüm imkanlar yaradır. Eyni zamanda bu proses mənzil və torpa fondu, ictimai xidmətlərin əlçatanlığı, ekoloji dərinli üzərində artan təzyiqləri formalaşdırır”.