EN

Bakının iki strateji müttəfiqi hərbi ALYANS qurur

Pakistan Türkiyə və Qətərin Səudiyyə Ərəbistanı ilə müdafiə ittifaqı müqaviləsinə qoşulmasını mümkün sayır. Bu barədə Bloomberg xəbər yayıb. “Əgər Qətər və Türkiyə də mövcud müqaviləyə qoşularsa, bu, müsbət bir inkişaf olacaq”, - deyə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. Onun sözlərinə görə, müqavilə üzrə danışıqlar son mərhələdədir və gələcəkdə bu ölkələri də əhatə edə bilər. Nazir əlavə edib ki, təklif olunan müqavilə heç bir ölkəyə qarşı deyil, regional sabitliyi gücləndirmək və xarici asılılığı azaltmaq məqsədi güdür.

Qardaş Türkiyə bu addımı atacaqmı? Ümumiyyətlə, yeni hərbi alyansın Azərbaycan üçün, region üçün hansı önəmi ola bilər?

Türkiyə

Hərbi ekspert Emin Həsənli Musavat.com-a bildirib ki, Rusiyanın işğalçı savaşı və ABŞ-İsrail birliyinin İranla müharibəsi dünyada təhlükəsizlik məsələlərinə yenidən baxılmasını zərurətə çevirib: “NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolu həddindən artıq kiçilib. Bilirsiniz ki, NATO İran müharibəsinə qoşulmadı. Alyans daxilində ciddi fikir ayrılıqları mövcuddur. Eyni zamanda, Ukrayna müharibəsində ABŞ prezidenti istənilən dəstəyi Kiyev və Avropa ölkələrinə göstərmədi. Bütün bunlar bir-birinə yaxın ölkələri birliklər qurmağa vadar edir. İranın Səudiyyə Ərəbistanına və BƏƏ-yə atdıqları raketlərin də qarşısını ABŞ-ın müasir sistemləri ala bilmədi. Hazırda hər kəs artıq özünün təhlükəsizliyi haqqında düşür”.

Ekspert əlavə edib ki, yaxın vaxtlarda 2 deyil, daha çox dövlətlərin iştirakı ilə hərbi blokların yaranması qaçılmaz olacaq: “Hər kəs ölkəsinin və yerləşdiyi regionun sabitliyinə çalışır. Azərbaycan və Türkiyə, eləcə də, Pakistan zatən bir yerdədir. Gələcəkdə Səudiyyə və Qətərin də buraya qoşulması gözlənilən olardı. Bütün bunlar təhlükəsizlik baxımından zəruri addıma çevrilə bilər”.

Cavanşir Abbaslı
Musavat.com

Chosen
12
2
musavat.com

3Sources