ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti qurultayının keçiriləcəyi yer məlum olub.
Bunu Modern.az-a açıqlamasında Əli İsa Cabbarov bildirib.
O qeyd edib ki, qurultay Landmark otelin Rotunda zalında 26 may saat 14.00 da keçiriləcək.
Tədbirə əlavə qonaq çağrılmayacaq:
"Tədbirdə ancaq üzvlərin iştirakı plalnlanır. Tədbir mətbuat üçün açıq olacaq"
Xatırladaq ki, 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edən Xalq sədri Rasim Balayev 2026-cı il martın 29-da 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Bu səbəblə AKİ-nin sədirlik postuna yeni namizəd seçiləcək.
Sədr postuna iki namizəd olduğu qeyd edilir. Onlardan biri 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri edən Xalq artisti Şəfiqə Məmmədova, digəri isə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.