EN

Murad Arif Xankəndidə belə qarşılandı - VİDEO

Mayın 10-da "Sea Breeze Resort" ərazisindən start götürən "Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı uğurla başa çatıb. Bir neçə gün davam edən yarışın final mərhələsi Xankəndi şəhərində keçirilib və bu münasibətlə şəhərdə möhtəşəm konsert proqramı təşkil olunub.

Musavat.com-un məlumatına görə, tədbirə incəsənət və şou-biznes nümayəndələri ilə yanaşı, çoxsaylı sakinlər və qonaqlar da qatılıb.

Gecənin diqqət çəkən simalarından biri də hitmaker Murad Arif olub.

Sənətçi Xankəndi səfəri zamanı hazırladığı xüsusi vloqu sosial şəbəkə izləyiciləri ilə bölüşərək tədbirdən maraqlı anları nümayiş etdirib. Videoda şəhərin ab-havası, konsert öncəsi hazırlıq prosesi və tamaşaçıların yüksək əhval-ruhiyyəsi əks olunub.

Konsert zamanı Murad Arif ən çox sevilən hitlərini səsləndirib. Onun enerjili çıxışı və tamaşaçılarla qurduğu səmimi ünsiyyət tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılanıb. 

Könül
Musavat.com 

Chosen
22
1
musavat.com

2Sources