"Krasnodar"ın baş məşqçisi Murad Musayev Rusiya çempionunu müəyyən edəcək son tur ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Championat" onun dediklərini belə çatdırıb:
"İnanıram ki, "Rostov" - "Zenit" matçında ən güclü qalib gələcək. Çempion olsaq, sevinəcəyik. "Zenit" qalib gəlsə, onları təbrik edib növbəti mövsümə hazırlaşacağıq".
Mövsümün bitməsinə bir tur qalmış "Krasnodar" lider "Zenit"dən iki xal geridə qalaraq ikinci yerdədir. Çempionluğu təmin etmək üçün Sankt-Peterburq təmsilçisinin "Rostov"a məğlubiyyətdən qaçması kifayətdir. Matç mayın 17-də keçiriləcək. Elə həmin gün "öküzlər" "Orenburq"u qəbul edəcək.
Xatırladaq ki, "Krasnodar" hazırkı Rusiya çempionudur. Keçən il Kuban klubu "Zenit"in altı illik qələbə seriyasına son qoymuşdu.
Murad Musayev 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib.
Mirağa