EN

AZAL Dubay reyslərini bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) Bakı–Dubay istiqamətində uçuşları bərpa edib.

"APA-Economics" xəbər verir ki, bu barədə AZAL rəsmi sosial media hesablarında paylaşım edib. Bildirilib ki, reyslər bu gündən etibarən yenidən həyata keçirilir və uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək. Bununla da sərnişinlər Dubay şəhərinə müntəzəm aviareyslərlə səyahət edə biləcəklər.

Bakı–Dubay marşrutu üzrə uçuşların bərpası sərnişinlər üçün həm turizm, həm də biznes səfərləri baxımından əlavə imkanlar yaradır. AZAL-ın həftəlik müntəzəm reysləri sayəsində sərnişinlər bu istiqamətdə daha rahat səyahət edə biləcəklər.

Qeyd edək ki, Yaxın Şərqdə hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL fevralın 28-də Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.

Chosen
2
15
yeniazerbaycan.com

10Sources