EN

Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb

Teleqüllədən bir az aşağıdakı sürüşmə ərazilərində əhali köçürülsə də, fundamental işlər aparılmalıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Badamdar-Bibiheybət tərəfdə bərkitmə işləri üçün tədqiqat aparılması ilə bağlı tapşırıq verilib. Tədqiqatlardan sonra bərkitmə işləri də aparılacaq.

Qurban Yetirmişli həmçinin qeyd edib ki, bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir:

"Kahramanmaraşa getdik, orada işlədik. Düşünürəm ki, bu zəlzələ bütün dünyaya bir dərsdir. O mənada ki, tikinti aparanda elə aparmalısan ki, gələcəkdə seysmik risk minimuma ensin, güclü dağıntılar və insan tələfatı olmasın".

Chosen
16
1
day.az

2Sources