EN

Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb  

"Medistyle" (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yenidən vergi borcu yaranıb. 
Qaynarinfo-nun məlumatına görə, "MediStyle Hospital"ın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 70.503,85 AZN vergi borcu var. 
Qeyd edək ki, ötən il MMC-nin nizamnamə kapitalı 279.095 manatdan 100 manata endirilib. 
Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "MediStyle Hospital"a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda "MediStyle" MMC-nin qanuni təmsilçisi orada uroloq-androloq işləyən Əhmədov Ramil Famil oğludur. 

Chosen
6
1
yenilik.az

2Sources