EN

Futbol matçı iğtişaşa çevrildi: Baş nazirin ofisi YANDIRILDI

Liviyada futbol azarkeşləri matç zamanı hakim tərəfindən verilən mübahisəli qərara etiraz olaraq ölkənin Baş nazirinin ofisini yandırıblar.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Sky News Arabia" telekanalı yayıb.

İğtişaşlar Tripolinin cənub-şərqində yerləşən Tarhuna şəhərində, "Əl-İttihad" və "Əl-Suveyhli" klubları arasındakı qarşılaşmadan sonra başlayıb.

Oyunun başa çatmasına üç dəqiqə qalmış "Əl-İttihad" futbolçuları rəqib qapısına penalti təyin olunmaması səbəbindən hakimlə mübahisə etməyə başlayıblar. Qısa müddət sonra azarkeşlərin meydana axışması ilə futbolçular və tərəfdarlar arasında başlayan gərginlik kütləvi davaya çevrilərək stadionun hüdudlarından kənara çıxıb.

Kütləni dağıtmaq üçün təhlükəsizlik qüvvələri cəlb edilib və hüquq-mühafizə orqanları döyüş sursatlarından istifadə ediblər. Baş verən atışma nəticəsində bir hərbçi həlak olub, daha yeddi nəfər yaralanıb.

Məlumata görə, etirazlar Tripolinin bir neçə rayonunu bürüyüb, güc strukturlarına məxsus avtomobillər və Baş nazirin şəhər mərkəzindəki ofisi yandırılıb. İğtişaş iştirakçıları hökumət başçısı Əbdülhəmid Dbeibanın ailəsini komandalardan birini - "Əl-İttihad"ı dəstəkləməkdə ittiham edərək binaya od vurublar.

Musavat.com

Chosen
37
musavat.com

1Sources