EN

"Mən Ronaldunun oyununda bunu görmürəm" - Portuqaliya millisinin baş məşqçisi

Portuqaliya millisinin baş məşqçisi Robertu Martines "Əl-Nəsr"in forvardı Kriştianu Ronaldunun hazırkı forması barədə fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, "Goal" təcrübəli mütəxəssisin fikirlərini belə təqdim edib:

"Kriştianunun qələbə qazanmaq üçün hələ də böyük bir istəyi var. Səudiyyə Ərəbistanına gedəndən bəri onun səviyyəsi aşağı düşməyib. Mən onun oyununda bununla bağlı heç bir əlamət görmürəm. O, olduqca yaxşı oynayır və Portuqaliya millisi üçün əhəmiyyətini sübut edib. Bununla belə, hətta əfsanə statusu da milli komandada yer təmin etmir. Təkcə nailiyyətlər burada yer almaq üçün kifayət deyil. Milli komandanın uğuruna töhfə vermək lazımdır. Onun da digər oyunçularla eyni məsuliyyətləri var".

Ronaldu bu mövsüm ümumilikdə 29 oyunda iştirak edib, 26 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 1000 qol hədəfinə doğru irəliləməyə davam edir. Kriştianunun aktivində hazırda 971 qol var. 

Mirağa

Chosen
8
1
fanat.az

2Sources