EN

MMA döyüşçüsü göldə boğulan uşağı xilas edərkən öldü

Qırğız qarışıq döyüş ustası Medet Jeenaliyev İssık-Kul gölündə boğulan uşaqları xilas etməyə çalışarkən faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, bu barədə İssık-Kul Rayon Polis İdarəsi mediaya məlumat verib.

"Baktuu-Dolonotu kəndindəki çimərlikdə dörd azyaşlı qız olub. Göldə çimərkən yeniyetmələrdən biri boğulmağa başlayıb. Medet Jeenaliyev və dostu dərhal qızın köməyinə tələsiblər. Qız xilas edilib, lakin Jeenaliyevin özü sağ qalmayıb", - məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, idmançının cəsədi ertəsi gün tapılıb və qohumlarına təhvil verilib.

Chosen
21
publika.az

1Sources