Nazir Rəşad İsmayılov tərəfindən Laçında keçirilən vətəndaş qəbulundan çıxan sakinlər əsasən onların müraciətlərinə diqqətlə yanaşıldığını və problemlərinin dinlənildiyini bildiriblər. Vətəndaşlar qəbul zamanı ekologiya məsələlər və işlə təminatla bağlı müraciətlər etdiklərini qeyd ediblər.
Qəbuldan çıxan sakinlər bildiriblər ki, nazir tərəfindən qaldırılan məsələlərin araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. Bəzi vətəndaşlar isə ilk dəfə belə geniş formatda qəbulda iştirak etdiklərini və problemlərinin birbaşa dinlənilməsindən məmnun qaldıqlarını deyiblər.