EN

Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı

“Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı normativ hüquqi aktların uyğunlaşdırılması prosesi başlanıb.

Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncam “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili haqqında Prezident İlham Əliyevin 7 may 2026-cı il tarixli fərmanının icrasının təmin olunması məqsədilə qəbul edilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, AZCON və digər aidiyyəti qurumlarla birlikdə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarına isə dörd ay ərzində öz səlahiyyətləri çərçivəsində normativ sənədlərin uyğunlaşdırılması tapşırılıb. Aidiyyəti qurumlar görülən işlər barədə Ədliyyə Nazirliyinə və zərurət yarandıqda Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Chosen
29
3
publika.az

5Sources