“Beşiktaş”ın hücumçusu Hyon-qyu O karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Şəbab” cənubi koreyalı forvardı transfer etmək istəyir və yaxın günlərdə “Beşiktaş”la danışıqlara başlayacaq. İstanbul klubu isə sərfəli təklif olacağı halda satışa müsbət yanaşa bilər.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu ilin fevralında “Genk”dən 14 milyon avroya transfer olunub və indiyədək 16 oyunda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.