EN

Keçmiş İmam ömürlük həbsə məhkum edilib

"Azəryaşlandşaft” ASC-də baş verənlər artıq adi idarəetmə problemi kimi görünmür. Bu qurum ətrafında dolaşan iddialar dövlətin yaşıllaşdırma siyasətinin hansı vəziyyətə düşdüyünü açıq şəkildə göstərir.

Mərkəzdə isə iki ad dayanır: Cavid Abdullayev və Vüqar Kərimov.
 media-whatsapp-image-2026-05-14-at-15-09-02

Cavid Abdullayevin adı son aylarda daha çox narazılıqlarda hallanır. Quruma rəhbərlik edən şəxsin sahələrə nəzarət etmədiyi, ərazilərin real durumundan xəbərsiz olduğu, iş rejiminin formal xarakter daşıdığı barədə ciddi ittihamlar mövcuddur. Dövlətin milyonlarla manat ayırdığı bir sahənin bu qədər xaotik idarə olunması isə artıq insanlarda başqa suallar yaradır.

Ən təhlükəli məqam budur ki, bu yarıtmaz vəziyyətin arxasında himayədarlıq sisteminin dayandığı iddia edilir.
media-whatsapp-image-2026-05-14-at-15-09-01-3
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun adı məhz burada ön plana çıxır. Qurum daxilində və sahəyə yaxın çevrələrdə dolaşan iddialara görə, Cavid Abdullayevin bu posta gətirilməsi peşəkarlıq seçimi yox, şəxsi münasibətlərin nəticəsi olub. Vüqar Kərimov Cavid Abdullayevi məhz dostluq münasibətlərinə görə "Azəryaşlandşaft” ASC-nə təyin etdirib.
 media-whatsapp-image-2026-05-14-at-15-09-01
Bu gün nazirliyin və "Azəryaşlandşaft” ASC-nin fəaliyyəti ilə bağlı bu suallar hamını narahat edir:

Bu dövlət qurumları idarə olunur, yoxsa yaxın çevrələr arasında bölüşdürülür?

Yaşıllaşdırma sahəsinə cavabdeh olanlar doğrudanmı ərazilərin vəziyyətindən xəbərsizdir?

Niyə bu qədər şikayətə baxmayaraq heç kim məsuliyyət daşımır?

Xocahəsəndə yerləşən 6 saylı Yaşıllaşdırma İdarəsinin ətrafında yayılan görüntülər vəziyyətin hansı həddə olmasını bir daha sübut edir. Vaxtilə xüsusi layihə kimi təqdim olunan, zeytun ağacları ilə nümunə göstərilən ərazilərin bu gün baxımsız vəziyyətdə olduğu bildirilir.
 
media-whatsapp-image-2026-05-14-at-15-09-01-2

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əkilən zeytun bağlarına nəzarət itib orada inəklər gəzişir, dövlətin qorunmalı olan yaşıllıq sahələri isə taleyin ümidinə buraxılıb.

Bir tərəfdə tribunadan "yaşıl dünya”, "ekoloji inkişaf”, "ağacəkmə layihələri” barədə danışılır, digər tərəfdə isə dövlətin yaşıllıq sahələri baxımsızlıq içində çökür.
 
media-whatsapp-image-2026-05-14-at-15-09-01-1
İnsanları qəzəbləndirən də məhz budur: vəzifə kreslosunda oturanlar məsuliyyət daşımır, amma dövlətin imicinə zərbə dəyir.

Bu gün "Azəryaşlandşaft” ASC ətrafında dolaşan suallar cavabsız qaldıqca həm Cavid Abdullayevin, həm də Vüqar Kərimovun adı daha çox müzakirə olunacaq. Çünki cəmiyyət artıq şəkil çəkdirilən tədbirlərə yox, real nəticəyə baxır.

Əgər dövlətin milyonlarla manat ayrılan yaşıllıq sahəsində nəticə zeytun bağlarında otlayan inəklərdirsə, deməli, problem təkcə torpaqda deyil. Problem idarəetmənin özündədir.

Və ən təhlükəlisi budur: quruyan təkcə ağaclar olmur, dövlətə olan etimad da yavaş-yavaş quruyur.

 
 

Chosen
3
7news.az

1Sources