EN

Neymar bu ölkənin vətəndaşlığını ALDI

Braziliyalı futbolçu, hazırda “Santos” klubunda çıxış edən Neymar İtaliya vətəndaşlığı alıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Nicolò Schira sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Neymar hüquq firması rəhbəri Emiliano Nittinin dəstəyi ilə rəsmi olaraq İtaliya vətəndaşı olub.

34 yaşlı hücumçu Braziliya millisinin tarixində ən yaxşı bombardir hesab olunur. Onun aktivində 128 oyunda 79 qol var.

Qeyd edək ki, Neymar 2025-ci ilin sonunda sol dizinin menisk nahiyəsindən zədə alıb və mövsümün son hissəsini buraxıb. 2026-cı ilin əvvəlində isə futbolçu yenidən zədələrlə üzləşib, o cümlədən arxa bud əzələsi və baldır nahiyəsində problemlər yaşayıb.

Xatırladaq ki, 2025-ci il yanvarın 28-də Səudiyyə Ərəbistanının Al-Hilal klubu Neymarla müqaviləyə xitam verib. O, bu komandaya 2023-cü ilin yayında Fransanın Paris Saint-Germain klubundan 90 milyon avroya transfer olunmuşdu. Neymar “Əl-Hilal”da cəmi 5 oyun keçirib və 1 qol vurub.

Futbolçu daha əvvəl FC Barcelona klubunda çıxış edib və burada UEFA Çempionlar Liqasının qalibi olub.

NURİYYƏ

Chosen
36
redaktor.az

1Sources