EN

Şuster İPL klubuna transfer olundu - RƏSMİ

Avstriyanın "RB Zaltsburq" klubunun müdafiəçisi Yannik Şuster karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 19 yaşlı arxa xətt oyunçusu "Brentford"a transfer olunub. 

Məlumatı "arılar"ın rəsmi saytı yayıb. Şusterlə 5+1 illik müqavilə imzalanıb.

Bu mövsüm "RB Zaltsburq"un heyətində bütün turnirlərdə 29 matça çıxan Yannik 1 qolla yadda qalıb. O, Avstriyanın U-21 millisinin üzvüdür.

Toğrul

Chosen
25
fanat.az

1Sources