EN

Temperatur düşəcək Leysan, dolu xəbərdarlığı edildi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin əksər rayonlarında qarşıdakı günlərdə qeyri-sabit hava şəraiti hökm sürəcək. Mayın 18-i axşamadək bölgələrdə arabir yağış yağacağı ehtimal edilir.Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.Qurumun proqnozuna görə, bəzi ərazilərdə leysan xarakterli intensiv yağıntı müşahidə olunacaq. Mayın 16-sı axşam saatlarında şərq rayonlarında hava şəraitinin daha da pisləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Həmçinin yüksək dağlıq zonalarda sulu qar və qar yağacağı təxmin edilir. Güclü yağıntı səbəbindən çaylarda suyun səviyyəsinin çoxalacağı, xüsusən bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verə biləcəyi bildirilir.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources