EN

“İran ABŞ-yə etibar etmir” - Abbas Əraqçı

"Biz atəşkəs rejimindəyik, amma vəziyyət kövrəkdir. Buna baxmayaraq, diplomatiyaya daha bir şans verməyə çalışırıq”.

Missiya.Az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

“Qarşı tərəf ciddi və düzgün yolda olduqda danışıqlara girəcəyik. Biz Amerikaya etibar etmirik", - deyə siyasətçi vurğulayıb.

Əraqçı bəzi ölkələri ABŞ ilə danışıqları sabotaj etməyə və Vaşinqtonu müharibəyə sürükləməyə çalışmaqda ittiham edib:

"Bəzi tərəflər danışıqları pozmaq və ABŞ-ni müharibəyə sürükləmək istəyirlər və ümid edirik ki, danışıqlar rasionallığa qayıdacaq və danışıqlar yolu ilə həll yoluna çatacağıq. ABŞ-dən də ziddiyyətli mesajlar alırıq. Bəzən bir gündə iki fərqli mesaj alırıq", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
21
missiya.az

1Sources