EN

Rusiya 205 ukraynalını əsirlikdən azad etdi

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mayın 15-də Rusiya əsirliyindən 205 Ukrayna vətəndaşını vətənə qaytarmaq mümkün olub. Onlar “1000-ə qarşı 1000” formatında keçirilən mübadilənin ilk mərhələsi çərçivəsində azad ediliblər.Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında bildirib.

“205 ukraynalı evinə qayıdıb”, - deyə prezident vurğulayıb.

“Azad edilənlər arasında əsgərlər, çavuşlar və zabitlər var. Onların əksəriyyəti hələ 2022-ci ildən Rusiya əsirliyində idi. Onlar Mariupolda və ‘Azovstal’da, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı, Kiyev istiqamətlərində və Çernobıl AES-də Ukraynanı müdafiə ediblər”, - deyə Zelenski bildirib.“Ukraynalı əsirlərin azad edilməsinə kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm. Hələ də əsirlikdə qalan hər bir insan üçün mübarizəni davam etdirəcəyik”, - prezident əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
modern.az

2Sources