Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Mayın 9-10-u aralığında Argentina çempionatının Apertura (açılış) mərhələsində 1/8 final oyunları keçirildi. Pley-offun inanılmaz sürprizlərlə başladığını xüsusi vurğulamalıyıq. Artıq yarımfinalçılar da müəyyənləşib.Xatırldaq ki, A və B qrupunun hər birində 15 komanda birdövrəli sistemlə mübarizə aparmışdı. A qrupunda ilk 8 yeri tutan La Plata “Estudiantes”i, “Boka Xuniors”, “Veles Sarsfild”, “Talyeres de Kordoba”, “Lanus”, “San Lorenso”, “İndependyente” və “Union” 1/8 finala çıxmışdılar. B qrupunda azarkeşlərini sevindirənlər isə “İndependyente Rivadaviya”, “River Pleyt”, “Arxentinos Xuniors”, “Rosario Sentral”, “Belqrano”, “Ximnasiya” (La Plata), “Atletiko Urakan” və “Rasinq” idi. Qeyd edək ki, 1/8 finalın cütləri komandaların qruplardakı mövqeyinə əsasən müəyyənəşib. Məsələn, A qrupunda 1-ci yeri tutan B qrupunda 8-ci, A qrupunun 2-ci komandası digər qrupun 7-cisi ilə qarşılaşdı. Bu qayda ilə 1/8 final oyunlarında cütlər püşk atılmadan formalaşıb.Bu mərhələdə favoritlərin yarıdan çoxunun 1/4 finaldan kənarda qalması diqqətdən yayına bilməzdi. A qrupunu uyğun olaraq 1-4-cü yerlərdə başa vuran “Estudiantes”, “Boka Xuniors”, “Veles Sarsfild” və “Talyeres de Kordoba”nın digər qrupda 5-8-ci yerləri tutan komandalara, B qrupunun lideri “İndependyente Rivadaviya”nın isə A qrupunun 8-ci komandası olan “Union”a öz meydanında uduzması 1/8 finalı sürprizlər mərhələsinə çevirdi! Mayın 12-13-də keçirilən 1/4 final oyunlarından sonra “Belqrano”, “Arxentinos Xuniors”, “Rosario Sentral” və “River Pleyt” növbəti mərhələyə çıxdılar. Mayın 17-nə təyin olunan yarımfinalda “Belqrano” “Arxentinos Xuniors”, “Rosario Sentral” isə “River Pleyt” ilə qarşılaşacaq.1/8 finalTalyeres de Kordoba – Belqrano 0:1Metilyi, 48.Boka Xuniors - Atletiko Urakan 2:3, əlavə vaxtdaM.Ximenes, 87. A.Romero, 116 – Xil, 5. O.Romero, 94-p.; 103-p.İndependyente Rivadaviya – Union 1:2Sartori, 70 – Kuelyo, 34. Tarraqona, 49.Estudiantes LP – Rasinq 0:1S.Sosa, 89.Arxentinos Xuniors – Lanus 2:0F.Alvares, 28. Leskano, 90+6.Rosario Sentral – İndependyente 3:1Di Mariya, 45+2. Kantisano, 84. Veron, 90+2 – Avalos, 36.River Pleyt - San Lorenso 2:2, p. – 4:3Akuna, 55. Kintero, 120+1 – Ausmendi, 37. F.Lopes, 94.Veles Sarsfild - Ximnasiya LP 0:1M.Torres, 13-p.1/4 finalBelqrano - Union 2:0A.Sançes, 65. R.Ernandes, 90+6.Arxentinos Xuniors - Atletiko Urakan 1:0, ə.v.Molina, 95.Arxentinos Xuniors - Atletiko Urakan 1:0, ə.v.Molina, 95.Rosario Sentral – Rasinq 2:1, ə.v.Avila, 65. Kopetti, 106 – Saraço, 41.River Pleyt - Ximnasiya LP 2:0Driussi, 27. Martines Kuarta, 65.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.