EN

Zelenski: "Rusiya Belarus ərazisindən hücuma hazırlaşır"

Ukrayna prezidenti bildirib ki, ölkə kəşfiyyatı rusların Lukaşenkonu Rusiyanın təcavüzkar əməliyyatlarına qoşulmağa inandırmaq üçün əlavə cəhdlərini qeydə alıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Belarusun cənubunda və şimalında - ya Ukraynadakı Çerniqov-Kiyev oxuna qarşı, ya da NATO ölkəsinə qarşı - xüsusilə Belarus ərazisindən əməliyyatlar üçün planlar ortaya çıxıb.

"Ukrayna Rusiya ilə Belarus arasındakı söhbətin təfərrüatlarına malikdir. Əgər Aleksandr Lukaşenko səhv edərsə və bu Rusiyanın niyyətini dəstəkləmək qərarına gələrsə, Ukrayna mütləq özünü və xalqını müdafiə edəcək", - deyə Ukrayna prezidenti özünün Telegram kanalında yazıb.

Zelenski Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələrinə müvafiq istiqaməti gücləndirməyi və baş qərargahda nəzərdən keçiriləcək və təsdiqlənəcək cavab planı təqdim etməyi tapşırıb.

Musavat.com

 

 

Chosen
24
2
musavat.com

3Sources