EN

BƏƏ 2027-ci il üçün Hörmüzə alternativ tapdı - boğazdan yan keçən neft kəməri…



BƏƏ 2027-ci ildə Hörmüz boğazından istifadə etmədən neft ixracına imkan verəcək yeni bir neft kəməri çəkməyi planlaşdırır. Bu barədə cümə günü "Əl-Ərəbiyyə" məlumat yayıb.

Əbu-Dabi qeyd edib ki, boru kəməri Fuceyra limanına çəkiləcək. Layihənin başa çatması BƏƏ-nin dövlət şirkəti olan Abu Dhabi National Oil Co.-ya neft tədarükünü ikiqat artırmağa imkan verəcək.

Artıq Fuceyra şəhərinə neft kəməri çəkilir və bu da BƏƏ-yə Hörmüz boğazından yan keçməklə neft nəql etməyə imkan verir.
Qeyd edək ki, Fuceyra əvvəllər də bölgədəki hərbi əməliyyatlar səbəbindən dəfələrlə hava hücumlarına məruz qalıb.

SAMİRƏ

Chosen
50
baki-xeber.com

1Sources