EN

“Evimiz-Dəyərlərimiz” layihəsi 206 saylı məktəbdə davam etdirilib

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  qrant maliyyəsi əsasında reallaşdırdığı "Evimiz-Dəyərlərimiz” layihəsinin icrasını Bakı şəhəri Ə. Əliyev adına 206 saylı  tam orta məktəbdə davam etdirdi. 

Təlim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başladı.

Layıhənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB sədri Əli Cəfərov şagirdlərlə qısa tanışlıqdan sonra layihənin əhəmiyyəti barədə geniş məlumat verdi və onu da təəssüflə bildirdi kı, “çağdaş dünyamızda gedən proseslər - qloballaşma, texnologiyanın inkişafı, xalqların, dövlətlərin qarşılıqlı inteqrasiyası, İKT kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib.

Elə layihənin reallaşdırılmasını labüd edən də bu problemdir. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına səbəb olur. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs günümüzdə bu sahədə durum necədir?

Azərbaycan ailəsində yaranan problemlər doğrudanmı dünyada gedən inkişafdan, dəyişən zamandan mənfi çalarlarla qaynaqlanır. Bu gün bizim sizin istirakınızla ailə dəyərləri və valideyn-övlad münasibətləri mövzusunda hazırlayacağımız kiçik səhnəcik həm tərbiyəvi, həm də psixoloji baxımdan çox əhəmiyyətlidir.

Belə tamaşalar usaqlara ailənin, hörmətin, sevginin və qarşılıqlı anlaşmanın vacibliyini əyani şəkildə çatdırır. Düşünürəm kı, bu cür səhnəciklər sizdə ailəyə baglılıq hissini, valideynə, böyüyə hormət hissini artırar, kiçiyə qaygı kimi hissləri gücləndirər”. Ə.Cəfərov çıxışının davamında söylədi ki, eyni zamanda təlim-məsqlərimiz zamanı sizlərin nitq və yaradıcılıq qabiliyyətləriniz də inkisaf etmiş olacaqdır. Sizlərdə özünüifadə kimi hisslər güclənəcək, nəticədə paralel olaraq məktəb-ailə münasibətləri də yaxşılasacaqdır. 

Layihə rəhbəri onu da bildirdi kı, sonda məktəb kollektivi qarsıqında hazırladığınız səhnəciyi təqdim edəcək və müvafiq olaraq qiymətləndiriləcəksiniz. 

Daha sonra layihə rəhbəri sözü Bakı Uşaq və Gənclər teatırının (BUGT) aktyoru Mehman (müəllim olmaz soyadın, varsa titulların yaz)??? verdi. O, sagirdlərə özünü təqdim edərək söylədi ki, BUGT teatırının həm rejissoru, həm də aktyorudur: “BUGT Qaraçuxur qəsəbəsində yerləsir, sizlər buyurub bizim tamasalara gəlib baxa bilərsiniz. “Evimiz-Dəyərlərimiz” çox gözəl layihədir. Mən Əli müəllimə təsəkkür edirəm kı, belə ümummilli əhəmiyyətli layihələrə üstünlük verir.

Belə layihələri bütün məktəblərdə həyata keçirmək lazımdı. Plana uyğun olaraq sizlərə dörd təlim-məşq keçirimək nəzərdə tutulub, amma lazım olarsa əlavə məşqlər də artırılacaq ki, sizlər həm bu işin mahiyyətini dərindən anlaya, həm də maraqlı bir tamaşa ilə məktəb kollektivinin qarşısında çıxış edə biləsiniz. Onu da deyim ki, indi hamımızın əlində olan telefon və digər informasıya vasitələrindən elə istifadə etmək lazımdı kı, həm işimizə, həm də dərsimizə maneəçilik törətməsin.

Hər şey bizim özümüzdən aslıdır. Özümüz özümüzə sual verək: biz niyə pis insanlara oxşayıb onların yolu ilə getməliyik?! Əksinə çalışmalıyıq ki, o insanları öz tərəfimizə çəkək. 

Daha sonra istedadlı aktyorbu dünyada ən vacib nəsnənin mədəniyyət olduğunu xüsusi vurğulayaraq, təlim üçün nəzərdə tutulan ssenari ilə uşaqları tanış etdi və rol bölgüsü aparıb təlim-məşqlərə başladı.

Təlimin gedişatında foto və video çəkilişləri aparıldı.

"Cebheinfo.az" 

Chosen
53
cebheinfo.az

1Sources