EN

Manuel Noyer "Bayern"də qalmağa qərar verdi

Münhenin "Bayern Münhen" klubu təcrübəli qolkiperi Manuel Noyerlə yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, 40 yaşlı almaniyalı qolkiper Bavyera təmsilçisi ilə sözləşməsini daha bir il müddətinə uzadıb. Bu müqavilə ilə Noyer rəsmi olaraq klubdakı 16-cı mövsümünə start verəcək.

Almaniya futbolunun əfsanəsi indiyə qədər "Bavariya" forması ilə 597 matçda meydana çıxıb və bu oyunların 269-da qapısını toxunulmaz saxlayıb.

Onun zəngin kolleksiyasında 13 Bundesliqa çempionluğu, 8 Almaniya Superkuboku, 5 Almaniya Kuboku və 2 Çempionlar Liqası titulu var.

Chosen
36
fanat.az

1Sources