Ajans.az xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib. Polkovnik-leytenant Ceyhun Əsədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ceyhun Əsədov bundan əvvəl SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.