Demokrat.az saytına istinadən ain.az xəbər verir.
İsti havalarda avtomobilin mühərrikinə düşən yük artdıqca, sürücülər yanacaq seçiminə daha çox diqqət yetirməli olurlar. Yay aylarında temperaturun yüksəlməsi yanacağın vaxtından əvvəl alışması riskini yaradır ki, bu da birbaşa mühərrikin ömrünə təsir edir.Məsələ ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, yay aylarında Aİ-95 benzinin tövsiyə olunmasının əsas səbəbi yüksək hava temperaturunda mühərrikin daha stabil və təhlükəsiz işləməsini təmin etməsidir:"İsti havalarda mühərrik daha çox qızdığı üçün silindr daxilində yanacaq hava qarışığının vaxtından əvvəl alışması, yəni detonasiya riski artır. Aİ-95 benzinin oktan göstəricisi daha yüksək olduğuna görə yüksək temperatur və sıxılmaya qarşı daha davamlı olur və bu da mühərrikin daha stabil işləməsinə kömək edir".Ekspert deyib ki, xüsusilə turbo və yüksək təzyiqli mühərriklərdə Aİ-95 istifadəsi detonasiya riskini azaldır, mühərrik gücünün daha stabil qalmasına kömək edir və mühərrik detallarına düşən yükü minimuma endirir:"Qış aylarında isə mühərrikin işləmə temperaturu nisbətən aşağı olduğuna görə detonasiya riski azalır və bəzi avtomobillərdə Aİ-92 ilə ciddi fərq hiss olunmaya bilər. Lakin əsas məsələ mövsüm deyil, istehsalçının tələb etdiyi oktan göstəricisidir. Əgər avtomobil üçün minimum Aİ-95 nəzərdə tutulubsa, yay və ya qış olmasından asılı olmayaraq həmin yanacaqdan istifadə etmək daha düzgün hesab olunur",- deyə o qeyd edib.Yəni havaların isti və ya soyuq olmasından asılı olmayaraq, avtomobilə hər zaman zavodun tələb etdiyi benzini vurmaq lazımdır, sadəcə yayda aşağı oktanlı yanacaq mühərriki daha tez sıradan çıxara bilər.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.