EN

058 777 7777 nömrəsi fantastik qiymətə satıldı

Dubayda keçirilən hərracda satışa çıxarılan 058 777 7777 nömrəsi təxminən 790 min dollara satılıb. Metbuat.az xəbər verir ki, asan yadda qalan və təkrarlanan rəqəmlərdən ibarət olan bu nömrə yüksək qiyməti ilə diqqət çəkib. Bildirilir ki, kolleksiya bazarında böyük dəyər görən xüsusi nömrələr, xüsusilə iş adamları və investorlar tərəfindən maraqla qarşılanır.

Məlumata görə, prestij rəmzi kimi baxılan bu növ nömrələr son illərdə olduqca yüksək qiymətlərə alıcı tapır. Oxşar nömrələrin daha əvvəl də milyonlarla dollara satıldığı məlumdur.

Chosen
24
22
metbuat.az

10Sources