EN

Yüksək təzyiqdə qadağan olunmuş 9 məhsul

Həkimlər yüksək arterial təzyiqi olan şəxslərin və ya risk altında olanların bəzi məhsullardan imtina etməsini tövsiyə edir. Ən əsas düşmən - duzdur. Həmçinin, işlənmiş qidalar, kolbasa, donmuş pizza, turşular və konservləşdirilmiş şorbalar təzyiqi artıran natrium mənbələridir.

Day.Az xəbər verir ki, şəkər, trans yağlar və doymuş yağlar da qan təzyiqinə mənfi təsir göstərir.

Şəkərli içkilər və qidalar, həmçinin süd məhsulları, qırmızı ət və paketlənmiş qidalar təzyiqi yüksəldə və ürək xəstəliklərinə yol aça bilər.

Alkoqol isə hər hansı miqdarda təhlükəsiz sayılmır. Davamlı istifadəsi qan təzyiqini artırır və dərmanların təsirini dəyişdirə bilər. Həmçinin, alkoqol kalori mənbəyi olduğu üçün artıq çəki və hipertoniya riskini yüksəldir.

Chosen
106
day.az

1Sources