EN

Trampın Çin səfəri başa çatdı -VİDEO

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə iki günlük danışıqlardan sonra bu gün Pekini tərk edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Trampı hava limanında Çinin xarici işlər naziri Van İ yola salıb.

 

 “Fox News” telekanalı bu anı canlı yayımlayıb.

 

Təyyarənin trapına qalxarkən ABŞ lideri geriyə dönüb əl yelləyib və bir neçə söz deyib, lakin təyyarənin səs-küyü səbəbindən onun dediklərini eşitmək mümkün olmayıb.

 

Qeyd edək ki, Trampın Çinə səfəri ABŞ və İsrail qüvvələrinin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra yaranan Yaxın Şərq münaqişəsi fonunda baş verib.

 

Çin regionda dialoqa çağırış edib. Vaşinqton isə Pekini İranın hərbi və iqtisadi imkanlarını dəstəkləməkdə ittiham edib.

 

Mart ayının sonlarına planlaşdırılan, lakin İran müharibəsi səbəbindən təxirə salınan Trampın səfərı mayın 13-də baş tutub. Bu səfər ABŞ Prezidentinin doqquz ildən sonra Çinə ilk səfəri olub. Xatırladaq ki, Tramp Pekinə sonuncu dəfə 2017-ci ildə səfər etmişdi.

 



 

Chosen
125
50
senzor.az

10Sources